«Nikel Metal» şirkətinin saytına xoş gəlmisiniz.

“Nikel Metal” şirkəti 1990-cı ildən metal prokatı bazarında fəaliyyət göstərən “Nikel Paslanmaz” şirkətnin tərəfdaşıdır. Dünyanın paslanmayan metal prokatı şirkətlərinin (ACERINOX, ARCELOR, THYSSEN KRUPP, OUTO KUMPU, POSCO, YUSCO, COLUMBUS) istehsalı olan yüksək keyfiyyətli paslanmayan dəmiri Bakıdakı anbarımızda təklif edir, paslanmayan dəmirdən hazırlanmış istənilən metal məmulatını sifarişlə operativ surətdə ünvana çatdırırıq.

Anbarımızda AISI 304, AISI 316, AISI 321, AISI 430 markalı paslanmayan dəmirdən hazırlanmış 1 min tonadək metal prokatı daima mövcuddur.

Paslanmayan dəmirdən hazırlanmış aşagıdakı metal məmulatını geniş çeşiddə sifariş edə bilərsiniz:
• isti və soyuq halda diyirlənmiş paslanmayan rulon;
• isti və soyuq halda diyirlənmiş paslanmayan dəmir təbəqəsi;
• paslanmayan dəmirdən hazırlanmış zolaq, günyə, dairə və boru;
• birinci və ikinci dərəcəli metal prokatı;
• həmçinin yüksək keyfiyyətli paslanmayan dəmirdən hazırlanmış digər məhsullar.

 

Sizi müştəri qismində görməyə hər zaman şadıq!

Hörmətlə,
«Nikel Metal» kollektivi